Fizioterapevt · Reabilitoloq

Ağrısız həyata,
doğru yanaşma ilə.

Skolioz, disk yırtığı və oynaq xəstəliklərinin əməliyyatsız müalicəsi. Gəncədə fərdi fizioterapiya proqramları, manual terapiya və peşəkar reabilitasiya.

100+
Sağlam onurğaya qovuşan pasiyent
90%
Disk yırtığında əməliyyatsız nəticə
5
Şəhərdə regional qəbul
Tipik nəticə
İ

Cobb 32° → 20°

Fərdi fizioterapiya proqramı ilə onurğa əyriliyində nəzərəçarpan azalma. Əməliyyatsız, korsetsiz.

Skolioz Schroth metodu Fərdi proqram
Hər pasiyent üçün fərdi plan.
Haqqında

Elmi əsaslara söykənən, fərdi yanaşmaya əsaslanan müalicə.

Fizioterapevt Dr. İsmayıl Cabbarov Azərbaycanda dayaq-hərəkət sistemi xəstəliklərinin əməliyyatsız müalicəsi sahəsində tanınan mütəxəssisdir. Fəaliyyətin əsas mərkəzi Gəncə şəhərində, Heydər Əliyev prospekti 343E ünvanında yerləşir. Bundan əlavə, Yevlax, Goranboy, Şəki və Zaqatala şəhərlərində partnyor klinikalarda pasiyent qəbulu aparılır.

Peşəkar yanaşmasının əsasını fərdi qiymətləndirmə və planlaşdırma təşkil edir. Hər pasiyent üçün vəziyyətə uyğun müalicə proqramı hazırlanır. Məqsəd ağrını müvəqqəti azaltmaq deyil, onun kökündə duran səbəbi aradan qaldırmaqdır. Bu yanaşma skolioz, kifoz, lordoz, disk yırtıqları və oynaq xəstəlikləri olan pasiyentlərdə əməliyyatsız, korsetsiz və dərmansız nəticələr əldə etməyə imkan verir.

Klinik təcrübədə Schroth metodu əsaslı 3D yanaşma, manual terapiya, TEKAR terapiyası, zərbə dalğa terapiyası (ESWT), TENS elektrostimulyasiya, ultrasəs terapiyası, kineziyoloji bantlama və fərdi məşq proqramları tətbiq olunur. Uşaqlarda serebral iflic, yastı pəncəlik, genu valgum və genu varum kimi hallarda erkən müdaxilə ilə uşağın gələcək sağlamlığı üçün əhəmiyyətli nəticələr əldə edilir.

Dr. İsmayıl Cabbarov yüzdən çox skolioz pasiyentini sağlam onurğaya qovuşdurub. Müalicə nəticələrində Cobb bucağının 32°-dən 20°-yə, 13°-dən 5°-yə, 14°-dən 11°-yə və 12°-dən 9°-yə endirilməsi qeydə alınıb. Pasiyent məmnuniyyəti və valideyn etimadı fəaliyyətin əsas göstəricisi sayılır.

Xidmətlər

Doqquz əsas istiqamətdə peşəkar müalicə.

Hər sahədə fərdi plan, müasir metodlar və ağrının kökünə yönəlmiş yanaşma. Müvəqqəti rahatlıq deyil, davamlı nəticə.

01 / Onurğa

Onurğa Xəstəlikləri

Skolioz, kifoz və lordoz müalicəsində fərdi 3D yanaşma. Bel və boyun disk yırtıqlarının konservativ müalicəsi ilə pasiyentlərin təxminən 90%-i əməliyyatsız sağalır.

SkoliozKifozLordozDisk yırtığı
02 / Uşaq

Uşaq Fizioterapiyası

Serebral iflic (DSP), yastı pəncəlik, çanaq displaziyası, sinə batıqlığı, duruş pozğunluqları, içəri basma və içəri atma hallarında erkən müdaxilə.

Serebral iflicYastı pəncəDuruş
03 / Ayaq · Diz

Ayaq və Diz Problemləri

Genu valgum (X ayaq), genu varum (O ayaq), Hallux valgus, plantar fassit, menisk zədələnməsi, artroz və ayaq uzunluğu fərqi (LLD) müalicəsi.

X ayaqO ayaqDaban şporuArtroz
04 / Manual

Manual Terapiya

Oynaqların və fəqərələrarası segmentlərin biomexanik pozuntularını aradan qaldırır. Əzələ gərginliyini azaldır, qan dövranını yaxşılaşdırır, hərəkət diapazonunu artırır.

Bel ağrısıBoyun ağrısıÇiyin
05 / Aparat

Fizioterapevtik Aparatlar

TEKAR terapiyası, zərbə dalğa terapiyası (ESWT), TENS elektrostimulyasiya, ultrasəs və maqnit terapiyası. İdman zədələri, tendinit, karpal tunel sindromu.

TEKARESWTTENSUltrasəs
06 / Bantlama

Kineziyoloji Bantlama

Elastik terapevtik bantlarla əzələ və oynaqların dəstəklənməsi. Qan dövranını və limfa axınını yaxşılaşdırır, Hallux valgus və duruş pozğunluqlarında tətbiq olunur.

Hallux valgusİdman zədəsiDuruş
07 / Nevroloji

İnsult və Nevroloji Bərpa

İnsult (felç) sonrası reabilitasiya beynin nöroplastisite qabiliyyətinə əsaslanır. Yeriş məşqləri, balans, əzələ gücləndirmə, Parkinson və osteoxondroz müalicəsi.

İnsultParkinsonOsteoxondroz
08 / Sinə

Sinə Deformasiyaları

Sinə batıqlığının (Pectus Excavatum) qeyri-cərrahi müalicəsində vakuum cihazı (Vacuum Bell), duruş korseti və nəfəs məşqləri. Uşaq və yeniyetmələrdə daha effektiv.

Pectus ExcavatumVacuum Bell
09 / İdman

İdman Zədələri və Bərpa

İdmançılar üçün fərdi bərpa proqramları. Əzələ dartılmaları, bağ zədələnmələri, əl biləyi burxulmaları, çiyin tutulması və intensiv məşq sonrası bərpa.

Əzələ zədəsiBurxulmaFrozen shoulder
Tibbi Yazılar

Ağrının kökünü başa düşmək üçün oxunmalı mətnlər.

Klinik təcrübədən doğulmuş məqalələr. Skolioz, disk yırtığı, uşaq ortopediyası və duruş pozğunluqları haqqında oxucu üçün hazırlanmış mətnlər.

Skoliozun Səssiz İrəliləməsi və Erkən Müdaxilənin Əhəmiyyəti

Onurğanın sağa və ya sola əyilməsi ilə yaranan quruluş pozğunluğu. Yeniyetmə dövründə diaqnoz qoyulan hallarda fərdi fizioterapiya proqramı ilə Cobb bucağında nəzərəçarpan azalma əldə olunur.

Oxu

Bel Disk Yırtığı: Əməliyyat Yeganə Yol Deyil

Disk yırtığı diaqnozu qoyulan pasiyentlərin 90%-i düzgün fizioterapiya və konservativ müalicə ilə əməliyyatsız sağalır. Müalicə yanaşması kompleks olmalıdır.

Oxu

Bel Yırtığının Səviyyəsinə Görə Əlamətlər

L3-L4, L4-L5 və L5-S1 yırtıqlarında ağrının fərqli şəkildə özünü göstərməsi. Sinir sıxılmasının hansı səviyyədə olduğunu müəyyən etmək üçün əsas göstəricilər.

Oxu

Lumbaqo və Disk Yırtığı: Fərqi Necə Ayırd Etmək Olar

Bel ağrısı hiss edən hər kəs birbaşa disk yırtığı olduğunu düşünür. Əslində ağrıların böyük hissəsi lumbaqo, yəni bel əzələlərinin güclü spazmından qaynaqlanır.

Oxu

Sinə Batıqlığı (Pectus Excavatum): Vaxtında Müdaxilə

Döş qəfəsinin ön divarının içəriyə çökməsi. Uşaq yaşlarında aşkarlandıqda fiziki terapiya, tənəffüs məşqləri, vakuum cihazı və ortopedik dəstəklə cərrahiyəsiz müalicə mümkündür.

Oxu

Boyun Düzləşməsi (Servikal Lordozun Azalması)

Onurğanın boyun hissəsindəki təbii əyriliyin itməsi. Uzun müddət telefon və kompüter qarşısında pis duruş, osteoxondroz və stress əsas səbəblərdəndir.

Oxu

Uşaqlarda Genu Valgum və Genu Varum

X ayaq və O ayaq arasındakı fərqlər, səbəblər və müalicə yolları. D3 vitamini çatışmazlığı, raxit, travmalar və piylənmə əsas səbəblərdən. Erkən diaqnozla tam sağalma mümkündür.

Oxu

"Dowager's Hump" və Kifoz

Xalq arasında "dul qadın qozbeli" kimi tanınan vəziyyət. "Texnoloji boyun", Kuşinq sindromu və osteoporoz əsas səbəblərdəndir. Fizioterapiya ilə əzələlər möhkəmləndirilir.

Oxu

Hallux Valgus (Baş Barmaq Əyriliyi)

Yayılmış ortopedik problem olub "sümüyün böyüməsi" deyil. İrsiyyət, zəif əzələlər, yanlış yeriş və uyğun olmayan ayaqqabılar əsas səbəblər. Fizioterapiya və kineziyoloji bantlama həll yoludur.

Oxu

Telefon Boyunu və Baş Əyilmənin Onurğaya Təsiri

İnsan başı 4.5-5.5 kq çəkisindədir. 15°-də 12 kq, 30°-də 18 kq, 60°-də isə 27 kq-a qədər yük boyuna düşür. Uzunmüddətli ağrı və boyun yırtığı riski.

Oxu

Məktəb Çantasının Ağırlığı və Uşaq Onurğası

Çanta bədən çəkisinin 10%-dən çox olmamalıdır. Ağır çanta kamburluq, bel və boyun ağrıları yaradır. İki omuzla bərabər daşınmalı və onurğaya yaxın yerləşdirilməlidir.

Oxu

Bel Ağrısının Ayaqlardan Qaynaqlana Biləcəyi

Ayaq ilə onurğa arasında fassiyalar və sinir sistemi vasitəsilə güclü əlaqə var. Ayaq altı gərgin olduqda bel daha çox yüklənir. Tennis topu ilə masaj effektiv həll.

Oxu

Fizioterapiya Haqqında Yanlış Fikirlər

Fizioterapiya sadəcə masaj deyil, elmi əsaslara söykənən planlı müalicədir. Yalnız idmançılar üçün deyil, hər yaşda insan üçün həyat keyfiyyətini artırmağa yönəlib.

Oxu

Masajın Müalicə Olmadığı Həqiqəti

Masaj gərginliyi müvəqqəti azaldır, amma səbəbi aradan qaldırmır. Ağrıların kökündə çox zaman düzgün olmayan duruş və əzələ balanssızlığı dayanır. Fizioterapiya problemi kökündən analiz edir.

Oxu

İnsult Sonrası Reabilitasiya və Nöroplastisite

İnsult son deyil, pauzadır. Beynin nöroplastisite xüsusiyyəti sayəsində felç sonrası yenidən yürümək mümkündür. Erkən başlanan fizyoterapiya və yürüş məşqləri əsasdır.

Oxu

Ayaq Uzunluğu Fərqi (LLD)

Ayaqlar arasında uzunluq fərqi onurğa əyriliklərinə, çanaq əyriliyinə, bel və diz ağrılarına səbəb olur. Doğuşdan, travma və ya əməliyyatdan sonra yaranır. Fizioterapiya ilə idarə olunur.

Oxu

Skolioz onurğanın sağa və ya sola əyilməsi ilə yaranan quruluş pozğunluğudur. Çiyinlərdə və ombada assimmetriya, kürək nahiyəsində qabarıqlıq, qabırğaarası ağrılar əsas əlamətlərdəndir.

Yeniyetmə dövründə diaqnoz qoyulan hallarda fərdi fizioterapiya proqramı ilə Cobb bucağında nəzərəçarpan azalma əldə olunur. Pasiyentlərimizdə Cobb bucağının 32°-dən 20°-yə, 13°-dən 5°-yə, 14°-dən 11°-yə endirilməsi qeydə alınıb.

Ümumi yanılmanın əksinə olaraq, üzgüçülük skoliozu düzəltmir. Əksinə, asimmetrik əyriliklərdə əzələ balanssızlığını artıraraq vəziyyəti ağırlaşdıra bilər.

Elmi əsaslara söykənən Schroth metodu 3D yanaşma ilə hər pasiyentin əyrilik tipinə uyğun fərdi məşq seçimi edir. Erkən diaqnoz və düzgün reabilitasiya ilə skoliozun irəliləməsinin qarşısını almaq mümkündür.

Disk yırtığı diaqnozu qoyulan pasiyentlərin təxminən 90%-i düzgün fizioterapiya və konservativ müalicə ilə əməliyyatsız sağalır.

Əlamətlər arasında bel nahiyəsində ağrı, ayaqlara yayılan sancı, keyimə və qarıncalanma, əzələ zəifliyi və reflekslərin azalması yer alır.

Müalicə yanaşması kompleks olmalıdır: fizioterapiya, fərdi məşqlər və manual terapiyanın birgə tətbiqi. Yalnız ağrıkəsici dərmanlar uzunmüddətli nəticə vermir, səbəbi aradan qaldırmır.

Pasiyentimizə 6 mm bel yırtığı diaqnozu qoyulmuşdu və bir çox mərkəzdə əməliyyat tövsiyə edilmişdi. Fizioterapiya və konservativ müalicə ilə ağrılar əhəmiyyətli dərəcədə azaldı, hərəkət qabiliyyəti və həyat keyfiyyəti yüksəldi.

L3-L4 yırtığı üst bud və diz ətrafında ağrı, uyuşma və güc itkisi ilə özünü göstərir.

L4-L5 yırtığında qalçadan dizin xarici tərəfinə və ayaq biləyinə qədər ağrı yayılır. Ayaq baş barmağında zəiflik tez-tez müşahidə olunur.

L5-S1 yırtığında baldırın arxa hissəsi, ayağın yan tərəfi və ayaq altında ağrı, uyuşma və güc itkisi yaranır.

Bu müxtəlif əlamətlər sinir sıxılmasının hansı səviyyədə olduğundan asılıdır. Dəqiq diaqnoz üçün MRT və mütəxəssis müayinəsi lazımdır.

Bel ağrısı hiss edən hər kəs birbaşa disk yırtığı olduğunu düşünür. Əslində ağrıların böyük hissəsi lumbaqo, yəni bel əzələlərinin güclü spazmından qaynaqlanır.

Lumbaqo qəfil hərəkət, əyri durmaq, ağır yük qaldırmaq və soyuqdəymə nəticəsində yaranır. Daha çox "kilidlənmə" hissi və hərəkət məhdudiyyəti ilə özünü göstərir. Gərmə və isti tətbiqlə rahatlama mümkündür.

Disk yırtığı isə struktur zədədir, nevroloji əlamətlərə səbəb olur. Ağrı ayaqlara yayıla bilər, keyimə və zəiflik hiss oluna bilər. Diaqnoz MRT və həkim müayinəsi ilə dəqiqləşir.

Özbaşına diaqnoz qoymaq təhlükəlidir. Doğru müayinə və düzgün yanaşma ilə problemin mənbəyi müəyyən edilir və uyğun müalicə planı qurulur.

Döş qəfəsinin ön divarının içəriyə çökməsi ilə xarakterizə olunan bu deformasiya bəzən sadəcə estetik problem kimi qəbul edilsə də, ürək və ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Uşaq yaşlarında aşkarlandıqda fiziki terapiya, tənəffüs məşqləri, vakuum cihazı (Vacuum Bell) və ortopedik dəstəklə cərrahiyəsiz müalicə mümkündür.

Gecikmiş hallarda sinənin elastikliyi azalır və cərrahi müdaxilə qaçılmaz olur. Buna görə erkən diaqnoz və vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır.

Uşaq və yeniyetmələrdə vakuum cihazı, duruş korseti və nəfəs məşqlərinin kombinasiyası effektiv nəticələr verir.

Onurğanın boyun hissəsindəki təbii əyriliyin itməsi deməkdir. Normalda boyun önə doğru yumşaq əyri olur. Bu əyrilik azaldıqda və ya tam itdikdə boyun "düz" görünür.

Uzun müddət telefon və kompüter qarşısında pis duruş, boyun və kürək əzələlərinin zəifləməsi, travmalar, osteoxondroz və stress əsas səbəblərdəndir.

Boyun düzləşməsi baş, boyun və kürək ağrılarına, başgicəllənmə və yorğunluğa səbəb olur. Bu sadəcə estetik məsələ deyil.

Müalicə düzgün duruş vərdişləri, gücləndirici məşqlər və fizioterapevt nəzarəti ilə aparılır. Vaxtında müalicə olunmazsa, gələcəkdə daha ciddi problemlərə yol aça bilər.

Genu valgum (X ayaq) dizlərin bir-birinə yaxınlaşıb ayaqların aralanması, genu varum (O ayaq) isə ayaqların yaxınlaşıb dizlərin aralanması ilə xarakterizə olunur.

Səbəblər arasında D3 vitamini və kalsium çatışmazlığı, raxit, travmalar, piylənmə, "W" formasında oturmaq və sümük inkişaf problemləri yer alır.

Erkən diaqnoz və fizioterapiya ilə uşaqlarda tam sağalma mümkündür. Düzgün məşqlər dizləri yenidən hizalayır, əzələ və bağları gücləndirir, gələcəkdə oynaq problemlərinin qarşısını alır.

Gecikmiş hallarda diz ağrısı, yeriş pozğunluğu və artrit riski artır. Hər hal fərdidir, düzəldici məşqlər yaşa və vəziyyətin dərəcəsinə görə dəyişir.

Xalq arasında "dul qadın qozbeli" (Dowager's Hump) və ya "camış qozbeli" (Buffalo Hump) kimi tanınan vəziyyət tibbi dildə kifoz və ya dorsoservikal piy qatı adlanır.

Səbəblər arasında uzunmüddətli əyilərək oturmaq, "texnoloji boyun" (telefon istifadəsi), Kuşinq sindromu və sıxılma sınıqlarına səbəb olan ağır osteoporoz yer alır.

Qozbel böyüdükcə kəskin çıxıntı yaradır və çox vaxt "başın irəli meylli olması" duruşuna səbəb olur.

Fizioterapiya ilə zəif əzələlər möhkəmləndirilir, gərgin əzələlər xüsusi metodlarla boşaldılır, onurğa sütununun hərəkətliliyi artırılır, qan dövranı yaxşılaşdırılaraq toxuma yenilənməsinə kömək edilir.

Yayılmış ortopedik problem olub "sümüyün böyüməsi" deyil. Əksər hallarda bu problem yanlış hərəkətdən yox, ayağın zəiflikləri və biomexanik pozğunluqları səbəbilə zamanla ortaya çıxır.

Ən çox təsir edən faktorlar: irsiyyət, ayaq quruluşu və vərdişlər (zəif əzələlər, yanlış yeriş, uyğun olmayan ayaqqabılar), yükün düzgün paylanmaması.

Hallux valgus təkcə estetik problem deyil. Müdaxilə olunmadıqda ağrı, yeriş pozğunluğu və diz-bel problemlərinə səbəb ola bilər.

Fizioterapiya ilə ayaq əzələləri gücləndirilir, yeriş mexanikası düzəldilir, ağrı və irəliləmə riski azaldılır. Kineziyoloji bantlama baş barmağın düzgün mövqeyə dəstəklənməsini təmin edir.

İnsan başı orta hesabla 4.5-5.5 kq çəkisində olur. Dik durduqda yük onurğaya bərabər paylanır.

Amma baş önə əyildikcə boyuna düşən yük kəskin artır: 15°-də 12 kq, 30°-də 18 kq, 60°-də isə 27 kq-a qədər yüksəlir.

Bu vəziyyət uzunmüddətli ağrılara, boyun yırtığına və duruş pozğunluqlarına səbəb olur. Çiyinlər önə düşür, boyun irəli gedir, bel çökür və nəticədə boyun, bel və kürəkdə gərginlik yaranır.

Düzgün yanaşma: ekranı göz səviyyəsində yerləşdirmək, telefonu aşağıdan deyil göz hizasında tutmaq, kürəyi dayağa söykəmək, hər 30-40 dəqiqədən bir durub hərəkət etmək.

Çanta ağırlığı uşağın bədən çəkisinin 10%-dən çox olmamalıdır (30 kq uşaq üçün maksimum 3 kq).

Xüsusilə inkişaf dövründə ağır çanta omurganı öndə əyir və zamanla duruş pozğunluğuna çevrilir. Omuzlar önə olur, arxa əzələlər gərginləşir, bel və boyunda ağrılar başlayır, kamburluq inkişaf edir.

Diqqət edilməli məqamlar: çanta iki omuzla bərabər daşınmalı, onurğaya yaxın yerləşdirilməli, ağırlıq çantanın altına deyil sırt hizasına paylanmalıdır.

Klinik təcrübə göstərir ki, bu problem çox uşaqlarda rast gəlinir. Amma düzgün yönləndirmə və məşqlərlə postür düzələ bilər. Uşağın omurgası inkişaf dövründə valideyn dəstəyinə ən çox ehtiyac duyur.

Ayaq ilə onurğa arasında fassiyalar və sinir sistemi vasitəsilə güclü əlaqə var. Ayaq altı gərgin və sıxılmış olduqda bədən kompensasiya etməyə başlayır. Nəticədə dizlər, çanaq və bel daha çox yüklənir.

Tennis topu ilə effektiv məşq: topu ayaq altı ilə dabanlardan barmaqlara doğru yuvarlatmaq, gərgin nöqtələrdə 1-2 nəfəs qədər saxlamaq. Hər ayaq üçün 1-2 dəqiqə kifayətdir.

Bu məşq sinir uclarını aktivləşdirir, qan və limfa dövranını yaxşılaşdırır, ayaq altı, baldır, bud və bel nahiyəsində gərginliyi azaldır.

Ayaq altının açılması təkbaşına müalicə deyil, hazırlıq mərhələsidir. Ağrını azaltmaq və duruşu düzəltmək üçün ayağın hərəkətliliyi, stabilliyi və gücü üzərində kompleks işləmək vacibdir.

Fizioterapiya sadəcə masaj deyil. Fizioterapiya elmi əsaslara söykənən, planlı və məqsədyönlü müalicə yanaşmasıdır.

Sadəcə məşq etdirmək də deyil. Məşqlər prosesin bir hissəsidir, lakin hər pasiyent üçün fərdi şəkildə planlanır.

Sehrli toxunuşla dərhal sağaltma yoxdur. Bu proses müntəzəm tətbiq və səbir tələb edir.

Yalnız idmançılar üçün də deyil. Hər yaşda insanın həyat keyfiyyətini artırmağa yönəlib. Fizioterapiya hərəkəti, elmi və sağlamlığı birləşdirən bütöv müalicə yanaşmasıdır.

Masaj rahatladır, amma müalicə etmir. Gərginliyi və ağrını müvəqqəti azalda bilər, lakin problemin əsas səbəbini aradan qaldırmır.

Ağrıların kökündə çox zaman düzgün olmayan duruş, əzələ balanssızlığı və səhv hərəkət vərdişləri dayanır. Bu səbəblər aradan qaldırılmadıqca ağrı yenidən qayıdır.

Fizioterapiya isə problemi kökündən analiz edir və fərdi müalicə planı ilə real nəticə yaradır.

Düzgün yanaşma: problemli nahiyənin səbəbi analiz olunur, əzələlərə fərdi məşq planı tətbiq edilir, duruş və hərəkət korreksiyası təmin olunur.

İnsult son deyil, pauzadır. Bir çox insan insultdan sonra həyatının dayanacağını düşünür. Əsas olan vaxtında, düzgün və peşəkar müalicəyə başlamaqdır.

Beynin nöroplastisite xüsusiyyəti - yenidən öyrənmə və özünü bərpa etmə qabiliyyəti - sayəsində felç sonrası yenidən yürümək mümkündür.

Erkən dövrdə fizyoterapiyaya başlanmalı, yürüş və balans məşqləri tətbiq edilməli, əzələ gücü və koordinasiya bərpa edilməli, sinir-əzələ bağlantısı aktivləşdirilməli, dəstəkli və kontrollu yürüş məşqləri tətbiq olunmalıdır.

Felç sonrası yürüyə bilməz fikri keçmişdə qaldı. Bu gün mövcud texnologiya və üsullarla, ən önəmlisi inanılmış bədənlə, bu mümkündür.

Ayaqlar arasında uzunluq fərqi (Limb Length Discrepancy) çox vaxt diqqətdən kənarda qalır.

Bu fərq onurğa əyriliklərinə (skolioz) səbəb ola bilər, çanaq əyriliyinə yol aça bilər, bel, diz və topuq ağrılarını artırar, gediş-gəlişdə balanssızlıq yarada bilər.

Fərq bəzən doğuşdan, bəzən də travma, əməliyyat və ya oynaq xəstəliklərindən sonra yaranır.

Düzgün diaqnoz və fizioterapiya ilə idarə oluna bilər. Müayinə mütəxəssis tərəfindən aparılmalı, fərdi plan hazırlanmalıdır.

Vizitkart

Bir baxışda, peşəkar profil.

İsmayıl Cabbarov
Fizioterapevt · Reabilitoloq
İC
Əsas Fəaliyyət Ünvanı

Gəncə şəhəri,
Heydər Əliyev prospekti 343E

Əlaqə

070 582 00 01
Instagram profili

Regional Qəbul

Yevlax · Goranboy · Şəki · Zaqatala

İş Qrafiki

Həftə içi 6 gün
09:00 - 17:00

İxtisaslaşma Sahələri
Skolioz Kifoz Lordoz Bel yırtığı Boyun yırtığı Manual terapiya Serebral iflic Yastı pəncəlik Plantar fassit Osteoxondroz İnsult bərpası Parkinson Hallux valgus Pectus Excavatum Genu valgum/varum İdman zədələri
Sual-Cavab

Ən çox verilən suallara cavablar.

Pasiyentlərin praktikada tez-tez soruşduğu suallar və onlara aydın, klinik yanaşma ilə verilmiş cavablar.

Bəli. Erkən mərhələdə aşkarlanan skolioz fərdi fizioterapiya proqramı ilə əməliyyatsız və korsetsiz nəzarət altına alınır. Pasiyentlərimizdə Cobb bucağının 32°-dən 20°-yə, 13°-dən 5°-yə endirildiyi nəticələr əldə edilib.
Xeyr. Disk yırtığı olan pasiyentlərin təxminən 90%-i düzgün fizioterapiya və reabilitasiya ilə əməliyyatsız sağalır. 6 mm bel yırtığı olan pasiyentlərdə belə konservativ müalicə ilə ağrıların əhəmiyyətli azalması qeydə alınıb.
Xeyr. Üzgüçülük sağlamlıq üçün faydalıdır, amma skolioz üçün müalicə deyil. Asimmetrik əyriliklərdə üzgüçülük əzələ balanssızlığını artıraraq əyriliyin dərinləşməsinə səbəb ola bilər. Skoliozun idarəsi üçün fərdi qiymətləndirmə və Schroth əsaslı məşqlər tələb olunur.
Masaj gərginliyi və ağrını müvəqqəti azaldır. Amma problemin səbəbi əzələ balanssızlığı, duruş pozğunluğu və ya skoliozdursa, yalnız masajla nəticə əldə olunmaz. Müalicə fizioterapiya və xüsusi reabilitasiya məşqləri ilə aparılır.
Uzun müddət "W" formasında oturmaq ayaq və dizlərə artıq yük salır, duruşu poza bilər, əzələ balansını və koordinasiyanı zəiflədir. Uşağı ayaqlarını önə uzadaraq və ya yan oturuş kimi sağlam pozisiyalara təşviq edin.
Bəli. Pulqabı arxa cibdə olduqda çanaq bir tərəfə qalxır, onurğanın balansı pozulur. Uzunmüddətli istifadə onurğa əyilməsi, bel və oturaq sinirində ağrı, disk problemlərinə səbəb ola bilər. Oturarkən pulqabını çıxarmaq tövsiyə olunur.
Xeyr. Yanlış tətbiq olunan masaj ayaq əzələlərini daha da zəiflədə bilər. Yastı pəncəlik müalicəsi üçün fizioterapiya, düzgün məşqlər və uyğun ortopedik içliklərlə fərdi yanaşma tələb olunur. Erkən müdaxilə gələcəkdə diz, omba və bel ağrılarının qarşısını alır.
Təkrarlanan boyun çıtlatması əzələ və bağlarda boşalma, boyun oynaq stabilitesinin pozulması, sinir sıxılmaları və baş ağrılarına səbəb ola bilər. Boyun hərəkətləri məhduddursa, əvvəl travma keçirmisinizsə və ya tez-tez çıtlatmaq ehtiyacı varsa, mütəxəssisə müraciət edin.
Bəli. Beynin nöroplastisite qabiliyyəti sayəsində felç sonrası yenidən yürümək mümkündür. Erkən başlanan fizyoterapiya, yürüş və balans məşqləri, əzələ gücləndirmə və sinir-əzələ bağlantısının aktivləşdirilməsi ilə uğurlu nəticələr əldə olunur.
Xeyr. Bədən çox vaxt ağrı ilə deyil, səssiz vərdişlərlə xəbərdarlıq edir. Səhv oturuş, uzun telefon istifadəsi və hərəkətsizlik onurğanı yavaş-yavaş zədələyir. Ağrı hiss etməsəniz belə problem başlamış ola bilər. Vaxtında müayinə disk yırtığı və sinir sıxılmalarının qarşısını alır.
Xeyr. Uşaq və yeniyetmələrdə vakuum cihazı (Vacuum Bell), duruş korseti, nəfəs və fiziki məşqlərlə əməliyyatsız müalicə mümkündür. Gecikmiş hallarda sinənin elastikliyi azalır və cərrahi müdaxilə lazım ola bilər.
Bəli. Fizioterapiya ilə ağrı azaldılır, hərəkət bərpa olunur, çiyin funksiyası gücləndirilir. Vaxtında müdaxilə edilməzsə hərəkət amplitudası daha da azalır, gündəlik sadə hərəkətlər belə çətinləşir. Erkən müraciət sürətli nəticə deməkdir.
Evdə özbaşına edilən məşqlər bəzən zərər verə bilər. Hər insanın bədən quruluşu, ağrı səbəbi və ehtiyacı fərqlidir. Təlimlər fərdi yanaşma ilə seçilməlidir. Evdə məşq edəcəksinizsə, fizioterapevtin məsləhəti ilə edin.
Bəli. Doğru diaqnoz və peşəkar yanaşma ilə manual terapiya təhlükəsiz və effektiv müalicə üsuludur. Əzələ gərginliyini azaldır, qan dövranını yaxşılaşdırır, oynaq hərəkətliliyini bərpa edir, sinir sisteminə müsbət təsir göstərir.
Ultrasəs terapiyası və zərbə dalğa terapiyasının (ESWT) kombinasiyası daban ağrılarında effektiv nəticə verir. Zərbə dalğa qan dövranını artırır, toxumaların bərpasını sürətləndirir, ağrı və iltihabı azaldır. Müntəzəm məşqlərlə ayaq altı əzələləri gücləndirilir.
Valideynlər uşağın duruşuna, çiyinlərdəki assimmetriyaya, kürək sümüklərindəki fərqə, bel əyriliyinə diqqət etməlidir. Şübhə yaranan hər halda fizioterapevt qiymətləndirməsi aparılmalıdır. Skolioz səssiz irəliləyə bilər, xüsusilə yeniyetmə dövründə erkən müdaxilə çox önəmlidir.
Bir çiyində daşıdılan və ya bədən ölçüsünə uyğun olmayan ağır çantalar onurğada əyrilik riskini artırır. Çanta bədən çəkisinin 10%-dən çox olmamalı, iki omuzla bərabər daşınmalı və onurğaya yaxın yerləşdirilməlidir.
TEKAR terapiyası elektromaqnit enerji ilə idman zədələri, mialgiya, bel və boyun ağrıları, tendinit, karpal tunel sindromu, osteoartrit və intensiv məşqlərdən sonra əzələ bərpasında tətbiq edilir. Zərbə dalğa terapiyası yüksək enerjili şok dalğaları ilə qan dövranını artırır, daban şporu və xroniki ağrılarda effektiv nəticə verir.
Bəli. Protez əməliyyatı sonrası fizioterapiya mütləqdir. Bərpa prosesini sürətləndirir, ağrıları azaldır, hərəkət qabiliyyətini yaxşılaşdırır, protezlə uyğunlaşmanı asanlaşdırır. Əzələlərin gücləndirilməsi və düzgün duruşun bərpası həyat keyfiyyətini artırır.
Bəli. Bel ağrıları bəzən ayaq altı gərginlikdən, kalça oynağı problemindən və ya ayaq uzunluğu fərqindən (LLD) qaynaqlana bilər. Ayaq və onurğa arasında fassiyalar və sinir sistemi vasitəsilə güclü əlaqə var. Dəqiq diaqnoz üçün mütəxəssis müayinəsi vacibdir.
Əlaqə

Qəbula yazılmaq üçün bizə ulaşın.

Əvvəlcədən qeydiyyat tövsiyə olunur. Qəbul yerləri məhduddur.

Ünvan
Gəncə şəhəri, Heydər Əliyev prospekti 343E
Telefon
İş qrafiki
Həftə içi 6 gün, 09:00 - 17:00
Qeydiyyat
Əvvəlcədən qeydiyyat tövsiyə olunurQəbul yerləri məhduddur

Sağlamlığa doğru ilk addımı bu gün atın.

Ağrının səbəbini tapmaq və fərdi müalicə planı qurmaq üçün birbaşa əlaqə saxlayın.

Regional Qəbul Məntəqələri

Gəncə
Heydər Əliyev pr. 343E
Əsas fəaliyyət ünvanı
Yevlax
Nizami Gəncəvi pr. 38
Partnyor klinika
Goranboy
Cəfər Cabbarlı küçəsi
Partnyor klinika
Şəki
Partnyor klinika
Dövri qəbul